
Kateqoriya: Xəbərlər


27 Sentyabr – Anım Günü münasibətilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və əməkdaşları Ağstafa rayonunda təşkil olunmuş ümumrayon tədbirində iştirak etmişlər.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında “27 Sentyabr – Anım Günüdür” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.

27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən silsilə tədbirlər təşkil edilmişdir.

"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətlər ardıcıl şəkildə davam etdirilir.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ərazisinə tur təşkil olunmuşdur.

"Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı və AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov iştirakı ilə 23.09.2025-ci il tarixində "Keşikçidağda elmi arxeoloji qazıntılar və yay məktəbi 5” layihəsinin nəticələri və elmi əhəmiyyəti" adlı onlayn seminar keçirilmişdir.

6–25 iyun 2025-ci il tarixlərində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən təşkil edilən “Mədəni İrs üzrə Beynəlxalq Ustad Məktəbi” çərçivəsində keçirilmiş təlim kurslarını uğurla tamamladıqlarına görə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları Həsənov Elşən və İbrahimov Alı diplomla təltif olunmuşlar.

Azərbaycanın zəngin tarixi-mədəni irsinin tədqiqinə dair növbəti elmi nailiyyət beynəlxalq elmi ictimaiyyətə təqdim olunmuşdur.

03 sentyabr 2025-ci il tarixində Bakı şəhərindən olan tur iştirakçıları “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna elmi-tanıtım xarakterli ekskursiya etmişlər.
Tur iştirakçıları Tovuz rayonunun Göytəpə yaşayış məskəninə ekskursiya ediblər.

18 avqust 2025-ci il tarixində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun kollektivi AMEA Arxeologiya və Antropologiya İnstitutu tərəfindən Tovuz rayonunda yerləşən Göytəpə yaşayış məskənində aparılan elmi tədqiqat və arxeoloji qazıntı prosesi ilə tanış olmuşlar.
“Keşikçidağda Elmi-Arxeoloji Qazıntılar və Yay Məktəbi 5” layihəsinin əldə etdiyi elmi nəticələr və maraqlı tapıntılar dünya mediasının hələ də diqqətini cəlb etməkdə davam edir.
"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən yol məlumat lövhələri və mağara məlumat lövhələri qoruq əməkdaşları tərəfindən mütəmadi olaraq yenilənir, həmçinin əlavə yeni lövhələr quraşdırılır.

