Keşikçidağ tələbələrin elmi praktika məkanına çevrilib
Bakı Dövlət Universitetinin Qazax filialının Tarix ixtisası üzrə təhsil alan IV kurs tələbələri elmi-praktiki təcrübə proqramı çərçivəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində olublar. Gənc tədqiqatçıların diplom işləri və gələcək elmi araşdırmaları üçün böyük dəyər daşıyan bu proqram çərçivəsində, onlar qoruğun zəngin arxeoloji və tarixi #irsi ilə yaxından tanış olublar.
