15 may 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsində “Azərbaycan şəhərsalma və memarlıq irsinin Gəncə nümunəsində tarixi inkişaf mərhələləri” mövzusunda respublika elmi konfransı keçirilmişdir.

15 may 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsində “Azərbaycan şəhərsalma və memarlıq irsinin Gəncə nümunəsində tarixi inkişaf mərhələləri” mövzusunda respublika elmi konfransı keçirilmişdir. Konfransda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Mursaquliyev Musa “Azərbaycanın qərb bölgəsində memarlıq nümunələri – orta əsrlərin müdafiə qurğuları” mövzusunda elmi məruzə ilə çıxış etmişdir. Məruzədə Azərbaycanın qərb bölgəsində yerləşən orta əsr müdafiə tikililərinin memarlıq xüsusiyyətləri, tarixi əhəmiyyəti, strateji funksiyaları və mədəni irs nümunəsi kimi qorunmasının vacibliyi haqqında ətraflı məlumat verilmişdir. Konfrans elmi müzakirələrin aparılması, memarlıq irsinin tədqiqi və tarixi-mədəni abidələrin təbliği baxımından mühüm əhəmiyyət kəsb etmişdir.Konfransın sonunda təşkilatçılar tərəfindən qoruq rəhbərliyinə sertifikat verilmişdir.

Spread the love