Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu və Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Mədəniyyət Komitəsinin tabeliyində fəaliyyət göstərən "Qədim Taraz Abidələri" Dövlət Tarix və Mədəniyyət Muzey-Qoruğu" arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə 09 iyun 2026-cı il tarixində onlayn görüş və təqdimat proqramı təşkil edilmişdir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Mədəniyyət Komitəsinin tabeliyində fəaliyyət göstərən “Qədim Taraz Abidələri” Dövlət Tarix və Mədəniyyət Muzey-Qoruğu” arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə 09 iyun 2026-cı il tarixində onlayn görüş və təqdimat proqramı təşkil edilmişdir.
Tədbir iki qurum arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirilmişdir. Görüşü Qədim Taraz Abidələri” Dövlət Tarix və Mədəniyyət Muzey-Qoruğu”nun direktoru N. Mergenbay açıq elan edərək Azərbaycan və Qazaxıstan arasında tarixi-mədəni əlaqələrin əhəmiyyətindən, qurumlarımız arasında formalaşan əməkdaşlıq münasibətlərindən və gələcək birgə fəaliyyət perspektivlərindən bəhs etmişdir. Daha sonra söz “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyevə verilmişdir. O, öz çıxışı zamanı iki qardaş ölkənin mədəni irs sahəsində əməkdaşlığının əhəmiyyətini vurğulamış, qoruğun ərazisində yerləşən zəngin tarix və mədəniyyət nümunələri, o cümlədən qədi mağaralar, kurqanlar və digər arxeoloji abidələr haqqında ətraflı məlumat təqdim etmişdir. Həmçinin gələcəkdə elmi-tədqiqat, maarifləndirmə və beynəlxalq layihələr çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd olunmuşdur. Tədbirin davamında iştirakçılar üçün “Qədim Taraz Abidələri” Dövlət Tarix və Mədəniyyət Muzey-Qoruğunun ərazisində yerləşən arxeoloji və memarlıq abidələrinə onlayn ekskursiya təşkil edilmişdir. Ekskursiya zamanı Taraz bölgəsinin zəngin tarixi irsi, qədim şəhər mədəniyyəti, arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi-mədəniyyət nümunələri və memarlıq abidələri barədə geniş məlumat verilmişdir. Görüş çərçivəsində tərəflər arasında mədəni irsin qorunması, öyrənilməsi və təbliği sahəsində təcrübə mübadiləsi aparılmış, gələcəkdə birgə elmi konfransların, seminarların, sərgilərin və digər layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi keçirilmişdir. Qeyd olunmuşdur ki, bu cür tədbirlər Azərbaycan və Qazaxıstan arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə, ortaq tarixi-mədəni dəyərlərin beynəlxalq səviyyədə tanıdılmasına və yeni əməkdaşlıq imkanlarının yaradılmasına mühüm töhfə verir.

Spread the love