11 iyun 2026-cı il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımovun iştirakı ilə “15 İyun Azərbaycanın qurtuluş tarixidir” mövzusunda onlayn elmi seminar keçirilmişdir.

11 iyun 2026-cı il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımovun iştirakı ilə “15 İyun Azərbaycanın qurtuluş tarixidir” mövzusunda onlayn elmi seminar keçirilmişdir. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş digər qoruqların əməkdaşlarının iştirakı ilə baş tutmuş seminarda Milli Qurtuluş Gününün Azərbaycan dövlətçilik tarixində müstəsna yeri və əhəmiyyəti elmi-praktik aspektdən təhlil olunmuş, ölkəmizin müstəqilliyinin qorunub saxlanılması, ictimai-siyasi sabitliyin təmin edilməsi və dövlət quruculuğu prosesində bu tarixi hadisənin rolu barədə ətraflı müzakirələr aparılmışdır. Bildirilmişdir ki, 1993-cü ilin iyun hadisələri Azərbaycan Respublikasının gələcək inkişaf trayektoriyasının müəyyənləşdirilməsində mühüm dönüş nöqtəsi olmuş, xalqın iradəsinə əsaslanan dövlətçilik ənənələrinin möhkəmləndirilməsi üçün etibarlı zəmin yaratmışdır. Tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov çıxışında Milli Qurtuluş Gününün yalnız siyasi hadisə kimi deyil, həm də milli həmrəyliyin, dövlətçilik təfəkkürünün və müstəqillik ideallarının təntənəsi kimi qiymətləndirilməsinin vacibliyini vurğulamışdır. Qeyd edilmişdir ki, Azərbaycanın müasir inkişaf mərhələsinin əsaslarını təşkil edən siyasi sabitlik, iqtisadi tərəqqi və beynəlxalq nüfuzun yüksəlişi məhz həmin dövrdə qəbul edilmiş strateji qərarlarla sıx bağlıdır. Tədbir çərçivəsində milli tariximizin mühüm mərhələlərinin öyrənilməsi, tarixi yaddaşın qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində aparılan elmi-maarifləndirici fəaliyyətlərin əhəmiyyəti xüsusi vurğulanmışdır. Seminarın keçirilməsində əsas məqsəd Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olan Milli Qurtuluş Gününün tarixi-siyasi əhəmiyyətinin elmi müstəvidə təbliği, dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsi, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşdırılması, vətənpərvərlik hisslərinin gücləndirilməsi və tarixi irsin təbliğinə töhfə vermək olmuşdur. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən həyata keçirilən bu kimi elmi-maarifləndirici tədbirlər milli tariximizin öyrənilməsi, mədəni irsimizin təbliği və Azərbaycan dövlətçiliyinin fundamental dəyərlərinin geniş ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.


Spread the love