02 İyun 202602 İyun 2026 videoalbom, Xəbərlər 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun ərazisinə təşkil olunmuş ekskursiyadan videogörüntüləri təqdim edirik.
29 Aprel 202605 May 2026 videoalbom, Xəbərlər 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunması ilə əlaqədar olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu, Ağstafa Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Təhsil Sektorunun birgə təşkilatçılığı ilə keçirilmiş intellektual yarışdan videogörüntülər.
21 Aprel 202622 Aprel 2026 videoalbom, Xəbərlər 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Gəncə-Qazax bölgəsinin arxeoloji və antropoloji tədqiqininin aktual problemləri” adlı beynəlxalq elmi konfransdan video görüntülər.
19 Mart 202619 Mart 2026 videoalbom, Xəbərlər Qazaxıstan Respublikası qoruqları Novruz bayramı münasibətilə "Keşikçidağ" və "Avey" Dövlət tarix-mədəniyyət qoruğu timsalında Azərbaycan xalqını təbrik etmişdir.
18 Mart 202618 Mart 2026 videoalbom, Xəbərlər Qazaxıstan Respublikasının Музей қорық "Хан Ордалы - Сарайшық" "Xan Ordalı–Sarayşık” Dövlət Tarix-Mədəniyyət Qoruq Muzeyi tərəfindən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna Novruz bayramı münasibətilə göndərilən səmimi video-təbrik böyük məmnunluqla qarşılanmışdır.
18 Mart 202618 Mart 2026 videoalbom, Xəbərlər "Keşikçidağ"Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində, ucsuz-bucaqsız Ceyrançöldə "Keşikçidağda Novruz ənənələri" adlı tədbir keçirilmişdir.
03 Mart 202603 Mart 2026 videoalbom, Xəbərlər Keşikçidağın zirvəsində alovlanan ocaq hər evə istilik, ruha işıq və bərəkət gətirsin.Od çərşənbəniz mübarək.
24 Fevral 202624 Fevral 2026 videoalbom, Xəbərlər Qədim qayaların qoynunda axan su kimi bu çərşənbə də saflaşmanı, yenilənməni və ümidin oyanışını simvolizə edir. Milli-mənəvi dəyərlərimizi yaşadaraq, Su Çərşənbəsinin bərəkətini və işığını gələcək nəsillərə ötürürük. Su Çərşənbəniz mübarək.
13 Fevral 202613 Fevral 2026 videoalbom, Xəbərlər Azərbaycan xalqının əsrlər boyu formalaşmış təqvimi təbiətin ritmi ilə sıx bağlıdır. Kiçik çillə qışın ikinci mərhələsi olub, bəzən Böyük çillədən də sərt keçir.
10 Fevral 202611 Fevral 2026 videoalbom, Xəbərlər “2026-cı ilin ‘Şəhərsalma və Memarlıq İli’ elan edilməsi ilə əlaqədar ‘Keşikçidağ’ Dövlət Tarix-Mədəniyyət Qoruğunda keçirilən ağacəkmə aksiyasıdan video görüntülər
05 Fevral 202606 Fevral 2026 videoalbom, Xəbərlər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində fəaliyyət göstərən Ağstafa rayonu “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ilə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində Qazaxıstan Respublikasının “Ежелгі Тараз Abidələr” Dövlət tarix-mədəniyyət muzey-qoruğu ilə memorandum imzalanmışdır.
21 Yanvar 202621 Yanvar 2026 videoalbom, Xəbərlər "Keşikçidağ"Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən tarixi abidələr qış mənzərəsi ilə əhatə olunub.
15 Dekabr 202516 Dekabr 2025 videoalbom, Xəbərlər AMEA Arxeologiya və Antropologiya İnstitutunda 2025-ci il üzrə elmi-tədqiqat və elmi-təşkilati fəaliyyətlərin yekunlarına həsr olunmuş hesabat iclası keçirilmişdir. İclasda "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun sərgi ilə iştirakından görüntülər