15 İyun "Milli Qurtuluş Günü" münasibətilə Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Milli memarlıq ənənələri və müasir şəhərsalma: davamlılıq və inkişaf” mövzusunda ümumrayon tədbiri keçirilmişdir.

15 İyun “Milli Qurtuluş Günü” münasibətilə Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Milli memarlıq ənənələri və müasir şəhərsalma: davamlılıq və inkişaf” mövzusunda ümumrayon tədbiri keçirilmişdir.
Tədbirin əsas məqsədi Azərbaycan xalqının zəngin memarlıq irsinin qorunması, milli memarlıq ənənələrinin müasir şəhərsalma proseslərində tətbiqi imkanlarının müzakirəsi, eləcə də davamlı inkişaf prinsiplərinin memarlıq və şəhərsalma sahəsində əhəmiyyətinin elmi-praktik baxımdan qiymətləndirilməsi olmuşdur.
Tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşı İsmayıl Omarlı məruzə ilə çıxış etmişdir. Məruzədə Azərbaycanın tarixən formalaşmış memarlıq ənənələrinin milli-mədəni kimliyin qorunmasındakı rolu, tarixi-mədəni irs nümunələrinin mühafizəsi və onların müasir şəhərsalma konsepsiyalarına inteqrasiyasının aktual məsələləri geniş şəkildə təhlil olunmuşdur. Çıxış zamanı vurğulanmışdır ki, milli memarlıq irsinin qorunması təkcə keçmişin maddi-mədəni dəyərlərinin yaşadılması deyil, həm də gələcək nəsillər üçün davamlı və sağlam yaşayış mühitinin formalaşdırılmasının mühüm şərtidir. Tədbir çərçivəsində iştirakçılar arasında mövzu ətrafında fikir mübadiləsi aparılmış, milli memarlıq irsinin qorunması və davamlı inkişaf məqsədlərinə uyğun şəhərsalma təcrübələrinin tətbiqi istiqamətində perspektivlər müzakirə edilmişdir.


Spread the love