Kateqoriya: Xəbərlər

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən "Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-5" adlı layihənin hazırlıq işlərinə başlanılmışdır.
Qazax Müəllimlərinin Seminariyası ADA Universitetinin Qazax Mərkəzində "Keşikçidağ" Dövlət Tarix-mədəniyyət qoruğunun keçirdiyi sərgi və elmi sessiyadan görüntülər.

Qazax Müəllimlər Seminariyası ADA Universitetinin Qazax Mərkəzində "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun sərgisi və elmi sessiya keçirilib.

2025-ci il 24 may tarixində Gəncə Dövlət Universitetinin bir qrup müəllim heyəti "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğuna elmi tur həyata keçirmişlər.
Qərb bölgəsindəki Alban abidələri, kimlik və kollektiv yaddaş” mövzusunda elmi-praktik seminardan görüntülər

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında “Keşikçidağ Kurqanlar Vadisində aparılan arxeoloji qazıntılar və bu qazıntılar nəticəsində üzə çıxarılan maddi-mədəniyyət nümunələrinin elmi təhlili” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımovun iştirakı ilə "Keşikçidağ" və " Avey" Dövlət tarix- mədəniyyət qoruqlarının, eləcə də Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşlarının iştirakı ilə keçirilmiş elmi diskusiyyadan görüntülər.

20 may 2025- ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımovun iştirakı ilə “Keşikçidağ” və “Avey” Dövlət tarix-mədəniyyət qoruqlarının, eləcə də Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşlarının iştirakı ilə ustad dərs təşkil olunmuşdur.
"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun 18 May "Muzeylər Günü" ilə bağlı həyata keçirdiyi tədbirlərdən görüntülər

18 May "Beynəlxalq Muzeylər Günü" ilə əlaqədar "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunda "açıq qapı" günü elan edilmişdir.

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

Elan:
Keşikçidağ Kurqanlar Vadisində yerləşən Yovşanlıtəpə kurqanlarında aparılmış elmi tədqiqat və arxeoloji kəşfiyyat işlərindən görüntülər

