Kateqoriya: Xəbərlər

25.06.2025- ci il tarixində "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən Ağstafa rayon ümumtəhsil müəssələrinin şagirdləri arasında "Keşikçidağda tarixin izləri" adlı esse müsabiqəsinin iştirakçılarının və qaliblərin mükafatlandırılması çərçivəsində tədbir həyata keçirilmişdir.

Qazax Müəllimlər Seminariyası ADA Universitetinin Qazax Mərkəzinin magistrantlarının Ağstafa rayonu ərazisində yerləşən "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun ərazisindəki “İlham Əliyev adına zirvə”, bu istiqamətdəki qədim mağaralar və onların divar-tavan səthlərində əks olunan unikal freskalarla tanışlıq məqsədilə elmi turu təşkil edilmişdir.
"Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-5" adlı layihə Aztv-nin efirində Təşəkkürlər Aztv

Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən biri olan Qazax Müəllimlər Seminariyası ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Ağstafa rayonu ərazisində yerləşən "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunda aparılan arxeoloji tədqiqatlarda iştirak etmişlər.

4-5 iyun 2025-ci il tarixlərində Quba şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və "Quba Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə elmi Form keçirilmişdir.

23.06.2025- ci il tarixində "Keşikçidağda elmi arxeoloji qazıntılar və yay məktəbi 5" layihəsi çərçivəsində Ağstafa rayonunun ümumtəhsil müəssisələrində fəaliyyət göstərən tarix müəllimlərinin “Yovşanlıdərə” kurqanlarına maarifləndirici ekskursiyası təşkil olunmuşdur.
“Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi–5” adlı layihədə Bakı Dövlət Universitetinin Qazax filialının müəllim və tələbələrinin iştirakından video görüntülər.

19–22 iyun 2025-ci il tarixlərində Şəki şəhərində keçirilmiş 7 Beynəlxalq Bəxtiyar Vahabzadə Türk Dünyası Dil, Tarix, Mədəniyyət və Ədəbiyyat Konfransı çərçivəsində ("Bəxtiyar Vahabzadə: Vətənpərvərlik və Millilik" mövzusunda) tanınmış alimlər, tədqiqatçılar və mütəxəssislər bir araya gəlmişdir.

22.06.2025-ci il tarixində Bakı Dövlət Universitetinin Qazax filialının müəllim və tələbələri “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi – 5” adlı layihəsi çərçivəsində "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində olmuş, burada aşkarlanmış maddi-mədəniyyət nümunələrini – artefaktları yerindəcə müşahidə etmək imkanı qazanmışlar.
“Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi–5” adlı layihədə Ağstafa Karate klubunun şagirdlərinin iştirakından video görüntülər.
“Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi–5” adlı layihədə Bakı Dövlət Universitetinin Qazax filialının Tarix fakültəsinin tələbələrinin iştirakından video görüntülər.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi – 5” layihəsi uğurla davam etdirilir.

Quba şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və "Quba Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə 4- 5 iyun 2025- ci il tarixində elmi Form keçirilmişdir.

