22 dekabr 2025-ci il tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşlarının iştirakı ilə elmi dəyirmi masa keçirilmişdir.

22 dekabr 2025-ci il tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşlarının iştirakı ilə elmi dəyirmi masa keçirilmişdir. Dəyirmi masada AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Şamil Nəcəfov, İnstitutun aparıcı elmi işçisi, arxeoloq Lola Hüseynova, İnstitutun əməkdaşı, antropoloq Ülkər Allahverdiyeva, eləcə də müstəqil tədqiqatçı Faiq Nəsibov iştirak etmişlər. Dəyirmi masa çərçivəsində qoruq ərazisində yerləşən kurqanlarda aparılmış elmi tədqiqatların nəticələri, arxeoloji qazıntı prosesləri, əldə olunan maddi-mədəniyyət nümunələrinin elmi əhəmiyyəti və regionun qədim tarixinin öyrənilməsində bu araşdırmaların rolu ətraflı şəkildə müzakirə olunmuşdur. Tədbir qarşılıqlı elmi fikir mübadiləsi və gələcək tədqiqat perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olmuşdur.

Spread the love