30 noyabr 2025-ci il tarixində Bakı şəhərindən olan bir qrup tur iştirakçısı “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda maarifləndirici ekskursiyada iştirak etmişdir.

30 noyabr 2025-ci il tarixində Bakı şəhərindən olan bir qrup tur iştirakçısı “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda maarifləndirici ekskursiyada iştirak etmişdir. Ekskursiya çərçivəsində qoruğun təbii və mədəni irs nümunələrinin elmi-praktik aspektdə təqdimatı həyata keçirilmiş, iştirakçılara ərazinin tarixi-coğrafi xüsusiyyətləri, formalaşma mərhələləri və abidələrin qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilmişdir.
Tur zamanı qonaqlar qoruq ərazisində yerləşən “İlham Əliyev adına zirvə”, həmin istiqamətdə yerləşən mağaralar, onların divar və tavanlarında əks olunmuş freskalarla yaxından tanış olmuşlar.
Bu cür ekskursiyalar tarixi-mədəni abidələrimizin geniş ictimaiyyətə tanıdılması və onların gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Spread the love