12.12.2025-ci il tarixində “Keşikçidağ” və “Çıraqqala-Şabran” Dövlət tarix-mədəniyyət qoruqlarının birgə təşkilatçılığı ilə 12 Dekabr Ulu Öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar “Heydər Əliyev ideyaları çərçivəsində tarixi-mədəni irsin yaşadılması” adlı onlayn seminar keçirilmişdir. Seminarda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş digər qoruqların əməkdaşları iştirak etmişlər. Elmi seminarda Ümummilli liderin tarixi abidələrə verdiyi dəyərdən, onların qorunması sahəsində gördüyü işlərdən bəhs olunmuşdur.
