12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında “Heydər Əliyev: Dövlətçilik İrsinin Zamanı Aşan Dəyərləri” adlı dəyirmi masa keçirilmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Ardınca qoruğun direktoru Musa Mursaquliyev çıxış edərək vurğulamışdır ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan tarixində misilsiz xidmətləri, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində müstəsna rolu ilə əvəzolunmaz lider kimi xüsusi yer tutur. Musa Mursaquliyev qeyd etmişdir ki, Heydər Əliyevin milli ideologiyaya, mədəni irsin qorunmasına və gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsinə yönəlmiş strateji siyasəti bu gün də öz aktuallığını qorumaqdadır.
