Ağstafa rayonunda “Qərbi Azərbaycan köç yolları: tarixin yaddaşında qalan izlər” mövzusunda elmi-ictimai əhəmiyyət daşıyan dəyirmi masa təşkil olunmuşdur. Ağstafa Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə Qərbi Azərbaycan ərazisindən keçən tarixi köç marşrutlarının formalaşması, onların sosial-mədəni və tarixi yaddaşda tutduğu yer müzakirə edilmişdir. Dəyirmi masa çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun baş fond mühafizəçisi İsmayıl Omarlı məruzə ilə çıxış edərək, köç yollarının maddi-mədəni irs nümunələri ilə qarşılıqlı əlaqəsini, bu marşrutların arxeoloji və etnoqrafik baxımdan öyrənilməsinin elmi əhəmiyyətini diqqətə çatdırmışdır. Tədbir tarixi irsin qorunması, elmi tədqiqatların dərinləşdirilməsi və ictimai yaddaşın möhkəmləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilmişdir.
