“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Ağstafa rayon Heydər Əliyev Mərkəzini ziyarət etmişdir.
Anım günü ilə əlaqədar təşkil olunmuş ekskursiya çərçivəsində qoruq əməkdaşları Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolunu, dövlətçilik fəaliyyətini və çoxşaxəli irsini əhatə edən ekspozisiyalarla yaxından tanış olmuşlar. Mərkəzdə nümayiş etdirilən materiallar – nadir fotoşəkillər, sənədlər və eksponatlar – dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyinin inkişafında müstəsna rolunu bir daha təsdiqləyir. Ziyarət çərçivəsində Ulu Öndərin ideyalarının bu gün də ölkəmizin siyasi, sosial və mədəni həyatında mühüm əhəmiyyət daşıdığı vurğulanmış, onun irsinin gənc nəsil üçün örnək olduğu qeyd olunmuşdur.
