Yeddi qardaş arxeoloji abidəsi

Bölgəmizin mədəni irsi…
Yeddi qardaş arxeoloji abidəsi Dəmirçilər kəndinin cənub-qərbində, Qapaqlı dərə məhəlləsinin qurtaracağında bir-birinə sığınmış daşlardan ibarətdir. Deyilənə görə, vaxtilə yeddi bütöv daş olub, sonralar ikisi parçalanmişdır. İnsanlar buraya ziyarətə gələr, şam yandırıb daşların üstünə qoyar və niyyət edərdilər. Qurban kəsənlər də olurdu.
Tədqiqatlara görə bu arxeoloji abidənin tarixi erkən dəmir dövrünə təsadüf olunur. Bura ilə bağlı maraqlı əfsanə var. Çox qədim zamanlarda buraya düşmənlər hücum etməyə hazırlaşır. Xəbər tutan camaat gecə-gündüz kəndin yuxarı başında yeddi-yeddi keşik çəkməyə başlayırlar. Növbə kənddə yaşayan yeddi qardaşa çatır. Onlar növbədə ikən düşmənlərin mühasirəsinə düşürlər. Allaha dua edirlər ki, düşmənin əlinə keçməsinlər. Bu duadan sonra göydən ildırım çaxır, yağış yağır. Səs-küyə camaat oyanır, kəndi müdafiə edir, qardaşlar isə daşa dönür. O vaxtdan bu yerə “Yeddi qardaş” piri deyilir və müqəddəs hesab edilir.
 
 
 
 
 
 

Spread the love