18 May “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda “açıq qapı” günü elan edilmişdir. “Açıq qapı” günü çərçivəsində məktəblilər, rayon sakinləri qoruğun Ağstafa rayonunda yerləşən inzibati binasında kiçik muzeyə ekskursiya etmişlər. Ziyarətçilər ərazidən aşkarlanmış maddi-mədəniyyət nümunələrindən ibarət kiçik muzey tipli stenddə sərgilənən eksponatlarla tanış olmuşlar. Qoruq əməkdaşları tərəfindən ziyarətçilərə bu əlamətdar günün əhəmiyyəti, tarixi abidələrin qorunması və muzeydə sərgilənən eksponatlar barədə ətraflı məlumat verilmişdir.




