Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

Bu əlamətdar gün münasibətilə “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğu Qazax Dövlət Sosial İqtisadi Kollecinində öz pavilionu ilə iştirak etmişdir. Qoruq ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində aşkarlanmış artefaktlardan və çap məhsullarından ibarət sərgi tələbələr tərəfindən xüsusi maraqla qarşılanmışdır.Belə ki, tələbələr bu sərgi vasitəsilə qoruğun tarixi, təbiəti, mədəni və arxeoloji əhəmiyyəti haqqında məlumatlar əldə etmişlər.Həmçinin tələbələr gələcəkdə qoruqda aparılacaq arxeoloji qazıntı işlərində könüllü kimi çalışmaq, öz təcrübələrini artırmaqla bağlı istəklərini bildirmişlər.

Spread the love