Keşikçidağ mağaralar kompleksində yerləşən Qüdrət bulağı yerli əhalinin qədim tarixə malik olan mənşəyini, mədəniyyətini, dini-etik xüsusiyyətlərini özündə əks etdirir. Həmin ərazidə lap qədimdən bu günə qədər yerli əhali təbiət hadisələrinə – müxtəlif dağlara, ağaclara, suya, oda və s. müqəddəsləşdirilmiş yerlərə inam göstərmişlər. Qüdrət bulağı da hələ qədim vaxtlardan insanların ziyarətgah, inanc yeri kimi qəbul edilmişdir. Buranı müqəddəs yer hesab edən, həmin yerə inanıb, niyyət tutub gələn və niyyəti hasil olan insanlar bulağa bu adı (Qüdrət) vermişlər.
Bununla yanaşı, ərazidə bitən əncir və dağdağan ağacları insanlar tərəfindən müqəddəs ağac kimi qəbul edilmişdir. Yerli əhali arasında həmin bulağa və ağaclara qədim dövrlərdən mövcud olmuş inam indiki dövrdə də qorunub saxlanılmışdır. Bu günümüzdə həmin bulaq üstündə qurbanlar kəsilir və bura etiqad edirlər. Ağsafa rayonu ərazisində ən müqəddəs yerlərdən biri sayılan Qüdrət bulağı inam olduqca güclüdür. Sovetlər dönəmində sərhədlər açıq olduğu vaxtlarda hər il bura yüzlərlə insan ziyarətə gəlir. Qüdrət bulağı tarixilik, dini inancların zənginliyi baxımından diqqəti cəlb edir.
Qüdrət bulağı Ağstafa rayonunun Gürcüstanla sərhəddə rayon mərkəzindən 75 km şimal-qərbdə İlham Əliyev zirvəsindən 500 metr şimalda yerləşir. Sıldırım qayalığın içərisinə doğru uzanıb gedir. . Qüdrət bulağı müqəddəsliyi yerli əhali arasında geniş yayilmişdır.