“Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır.
×
AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımovun iştirakı ilə "Keşikçidağ" və " Avey" Dövlət tarix- mədəniyyət qoruqlarının, eləcə də Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşlarının iştirakı ilə keçirilmiş elmi diskusiyyadan görüntülər.