16 iyul 2026-cı il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Şamil Nəcəfovun iştirakı ilə “Keşikçidağ abidələri: Arxeoloji tədqiqatlar və mədəni irsin qorunması” mövzusunda onlayn elmi seminar keçirilmişdir.

Seminarın əsas məqsədi Keşikçidağın zəngin tarixi-mədəni irsinin elmi əsaslarla təbliği, qoruq ərazisində aparılan son arxeoloji tədqiqatların nəticələrinin elmi ictimaiyyətə çatdırılması, eləcə də mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində aktual məsələlərin müzakirəsi olmuşdur.
Tədbirdə Keşikçidağ abidələrinin tarixi, arxeoloji potensialı, aparılmış tədqiqatların elmi əhəmiyyəti və əldə edilmiş yeni nəticələr barədə ətraflı məlumat verilmiş, mədəni irsin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr elmi müstəvidə təhlil edilmişdir.
Onlayn seminarda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş digər tarix-mədəniyyət qoruqlarının əməkdaşları da iştirak etmiş, mövzu ətrafında fikir mübadiləsi aparılmış və qarşılıqlı elmi təcrübə paylaşılmışdır.

Spread the love