Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi 6” layihəsinin gedişatı çərçivəsində Bakı şəhərindən olan bir qrup turist üçün ekskursiya təşkil olunub.

Ekskursiya zamanı qonaqlar qoruğun ərazisində yerləşən “İlham Əliyev adına zirvə” ətrafında yerləşən mağaralarla tanış olublar. Tur iştirakçılarına mağaraların tarixi və arxeoloji əhəmiyyəti, onların qoruğun mədəni irsindəki yeri, həmçinin divar və tavanlarında qorunub saxlanılan freskalar barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində qonaqlar Keşikçidağın zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olaraq ərazidə aparılan elmi-tədqiqat və maarifləndirmə işləri barədə məlumat əldə ediblər.

Spread the love