"Avey” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi 6” layihəsinin qonağı olub.

“Avey” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi 6” layihəsinin qonağı olub.


Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən Keşikçidağ Kurqanlar Vadisində AMEA Arxeologiya və Antropologiya İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi 6” layihəsi çərçivəsində növbəti qonaqlar qəbul edilib.
Layihənin budəfəki qonaqları “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi olub.
Səfər çərçivəsində qoruq əməkdaşları Keşikçidağ Kurqanlar Vadisində aparılan arxeoloji tədqiqat prosesi ilə yaxından tanış olub, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Əsədovun rəhbərliyi ilə həyata keçirilən arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələrinə baxış keçiriblər.
Səfər zamanı Vaqif Əsədov tərəfindən qonaqlar üçün arxeoloji tədqiqatların metodologiyası, qazıntı prosesi və aşkar edilmiş arxeoloji materialların elmi əhəmiyyəti barədə ustad dərsi təşkil olunub.
Görüş qarşılıqlı elmi və təcrübə mübadiləsi baxımından əhəmiyyətli olmaqla yanaşı, Azərbaycanın zəngin arxeoloji və tarixi-mədəni irsinin öyrənilməsi, qorunması və təbliği istiqamətində qoruqlararası əməkdaşlığın inkişafına töhfə verib.

Spread the love