Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi 6” layihəsi çərçivəsində kurqanlarda aşkarlanan unikal tunc dövrü eksponatları-3600 illik hərbi elitaya məxsus hakimiyyət rəmzi (əsa başlığı), tunc xəncər və digər nadir nümunələr nüfuzlu beynəlxalq elmi nəşrlərin, xarici media orqanlarının və qlobal arxeologiya platformalarının manşetlərinə daşınıb.
Qədim tariximizin zənginliyini sübut edən bu möhtəşəm kəşflər həm bölgənin, həm də bütövlükdə Azərbaycanın mədəni və arxeoturizm potensialının dünyada tanıdılmasına böyük töhfə verir.
