Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi – 6” layihəsi çərçivəsində elmi-arxeoloji qazıntılar davam etdirilir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən layihəsi çərçivəsində elmi-arxeoloji qazıntılar davam etdirilir.

Ceyrançölün qədim tarixi-mədəni irsini özündə yaşadan Keşikçidağ ərazisində aparılan tədqiqatlar zamanı torpaq qatları ardıcıl və diqqətlə araşdırılır, qədim dövrlərdən qorunub saxlanılmış maddi-mədəniyyət nümunələri üzə çıxarılır. Qazıntılar zamanı hər bir torpaq qatı ayrıca tədqiq edilir və aşkar olunan materialların yerləşmə xüsusiyyətləri diqqətlə qeydə alınır.
Kadrlarda arxeoloji qazıntı sahəsinin ümumi görünüşü, kurqan strukturu və arxeoloqların tədqiqat prosesi əks olunur. Torpaq qatları xüsusi əl alətləri ilə mərhələli şəkildə təmizlənir, səthin strukturu və aşkar olunan materialların mövqeyi diqqətlə izlənilir. Bu proses zamanı keramika fraqmentləri, daş və metal nümunələri kimi müxtəlif arxeoloji materialların üzə çıxarılması ilə yanaşı, onların yerləşdiyi arxeoloji mühit də öyrənilir. Məqsəd yalnız artefaktı aşkar etmək deyil, onun dəqiq yerləşmə mövqeyini, dərinliyini və arxeoloji kontekstini qoruyaraq sənədləşdirməkdir.

Spread the love