Qoruğumuzun nadir incilərindən...

7 dekabr Ceyrançöldə, Keşikçidağ mağaralar kompleksinin ərazisində Neolit dövrünə aid çoxlu sayda obsidiandan (dəvəgözü) hazırlanmış əmək alətləri – itiuculu qaşovlar və osteoloji materiallar aşkar edilmişdir. Obsidian (dəvəgözü, maqmatik dağ süxuru, vulkanik şüşənin bir növü) hazırlanmış alətlərin əsasən kəsici və deşici tipli alətlər olması ulu əcdadlarımızın bu ərazilərdə ovçuluqla, yığıcılıqla məşğul olduqlarından xəbər verir. Alət miniatür ölçüdə olub, yanları dişşəkillidir. Alt üzü çökək, üst üzü qabarıqdır.

Spread the love