“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında 2024-cü ilin birinci yarısının yekunlarına dair elmi şuranın növbəti iclası keçirilmişdir.
BDU-nun Qazax filialının əməkdaşı, filologiya elmləri doktoru Valeh Nəsibov və AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitunun Tarixi etnologiya şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İsmayıl Umudlunun iştirakı ilə keçirilən iclasda yarımil ərzində görülən işlərdən, keçirilən tədbirlərdən bəhs edilmiş, həyata keçirilməsi nəzərdə tutulan “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi 4” adlı layihə haqqında geniş müzakirə aparılmış, həmçinin qoruğa məxsus yeni dizaynda çap məhsullarının hazırlanmasının qoruğun təbliğatındakı əhəmiyyəti qeyd olunmuşdur. Bununla yanaşı cari ildə qoruq ərazisində yerləşən abidələrin toponimlərinin və etimologiyasının araşdırılması ilə bağlı tədqiqatların gedişatı geniş müzakirə olunmuşdur. Tədqiqatların aparılmasında əsas məqsəd qoruq ərazisinin gəzilərək mövcud olan toponimlərin yerində araşdırılması, ərazinin etnik mədəniyyətlərinin qarşılıqlı nüfuzunun öyrənilməsi, ərazidə yaşamış etnosların adət-ənənələri, etnoslararası münasibətlərin öyrənilməsi olmuşdur.