“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı və AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Tarixi etnologiya şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru hal hazırda bölgədə və qoruq ərazisində yerləşən abidələrin etimologiyasının və toponimlərinin araşdırılması istiqamətində tədqiqat aparan İsmayıl Umudlunun iştirakı ilə 12.07.2024-cü il tarixində “Qərb bölgəsinin etnologiyası” adlı onlayn seminar keçirilmişdir. Seminarda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşları iştirak etmişlər.