“Keşikçidağ yerli mətbuatda”
“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyevin “Didivan siklopu – Unikal və özünəməxsus müdafiə qurğusu” adlı məqaləsi Azərbaycan Memarlar İttifaqının rəsmi mətbu orqanı olan “Memar” jurnalında çap olunmuşdur. Məqalədə Qazax rayonunun Xanlıqlar kəndindən 4 km məsafədə su anbarının ətrafında yerləşən Didivan siklopunun tarixindən, memarlığından, geniş bəhs edilmişdir.



