“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə 24.06.2024-cü il tarixində “Keşikçidağın arxeoloji abidələri” adlı onlayn seminar keçirilmişdir. Seminarda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşları iştirak etmişlər.




