“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun beynəlxalq konfransda elmi məqaləsi nəşr olunmuşdur.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunu beynəlxalq arenalarda təbliğ edilməsi məqsədilə həm ölkə daxili, həm ölkə xarici konfranslarda qoruğun iştirakı təmin edilir.

Ukraynanın paytaxtı Kiyev şəhərində 6-8 iyun 2018-ci il tarixlərində “Mədəni İrsin qorunması konstekstində muzeylərin bərpası, müasir dövrün aktual çağırışları” adlı beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Bu konfransa “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən “ Azərbaycanın qərb bölgəsində yerləşən abidələrinin bərpası problemləri və təbliğindəki nailiyyətlər ” adlı məqalə göndərilmişdir. Bu elmi məqalə təşkilatçıların marağına səbəb olmuş, konfransın gündəliyinə salınaraq nəşr olunmuşdur.

КИЕВ, книжка – 2018

Spread the love