“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının prioritet istiqamətləri çərçivəsində regionlarda fəaliyyət göstərən mədəniyyət işçilərinin peşəkar kompetensiyalarının inkişaf etdirilməsi, idarəetmə və kommunikasiya bacarıqlarının təkmilləşdirilməsi, eləcə də əməkdaşların motivasiya və işgüzar potensialının artırılması məqsədilə motivasiya düşərgəsi təşkil olunub.

“Mədəniyyət işçilərinin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində keçirilən dörd günlük düşərgə 26–29 avqust tarixlərində Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində baş tutub. Tədbirdə regionlarda fəaliyyət göstərən müxtəlif mədəniyyət müəssisələrinin əməkdaşları, o cümlədən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşı iştirak edib.
Proqram çərçivəsində iştirakçılar müasir iş mühitində peşəkar fəaliyyətin səmərəliliyinin artırılmasına xidmət edən “Nitq və davranış mədəniyyəti”, “İş mühitində kouçinq yanaşması və inkişafetdirici rəhbərlik”, “Dəyişikliklərin idarə olunması” və “Əmək qanunvericiliyinin aktual məsələləri” mövzularında nəzəri və praktiki təlimlərə cəlb olunublar.
Düşərgənin proqramında, həmçinin iştirakçıların analitik düşünmə, komanda işi və qarşılıqlı əməkdaşlıq bacarıqlarının inkişafına yönəlmiş “Xəmsə” və “Breyn-rinq” intellektual oyunları, komanda və əyləncəli fəaliyyətlər, poeziya dəqiqələri, canlı musiqi və film nümayişləri təşkil olunub.
Motivasiya düşərgəsi regionlarda çalışan mədəniyyət işçiləri arasında peşəkar bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, institusional əməkdaşlığın gücləndirilməsi və müasir idarəetmə yanaşmalarının tətbiqi baxımından əhəmiyyətli platforma kimi yadda qalıb.

Spread the love