Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş intellektual bilik yarışı keçirilib.

Ağstafa rayon H. Əzizov adına Vurğun qəsəbə tam orta məktəbində təşkil olunan yarışda rayonun idarə və təşkilatlarının əməkdaşları iştirak ediblər. Tədbirin məqsədi Zəfər tariximizin, milli-mənəvi dəyərlərimizin və dövlətçilik ənənələrimizin təbliğinin inkişaf etdirilməsi olub. İlk öncə Dövlət Himninin səsləndirilmiş və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir
Daha sonra komandalar yarış zamanı işğaldan azad olunmuş ərazilərdə yerləşən tarixi abidələr, 44 günlük Vətən müharibəsi və tarixi Zəfərimizlə bağlı sualları cavablandıraraq biliklərini nümayiş etdiriblər. Yarışın nəticələrinə əsasən, Qazax-Ağstafa Regional Təhsil İdarəsinin Ağstafa Sektorunu təmsil edən “Xarıbülbül” komandası I, Dövlət Aqrar İnkişaf Mərkəzinin “Zəngilan” komandası II, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin əməkdaşlarından ibarət “Ağdərə” komandası isə III yerə layiq görülüb.
#Azərbaycan #8Noyabr #ZəfərGünü
#Azerbaijan #8November #VictoryDay

Spread the love