Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu, Qazax Rayon İcra Hakimiyyəti və Qazax Dövlət Sosial İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində 8 Noyabr "Zəfər Günü" münasibətilə Qazax şəhərində tələbələr arasında intellektual yarış keçirilmişdir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu, Qazax Rayon İcra Hakimiyyəti və Qazax Dövlət Sosial İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 8 Noyabr “Zəfər Günü” münasibətilə Qazax şəhərində tələbələr arasında intellektual yarış keçirilmişdir.


Yarışmanın təşkil olunmasında əsas məqsəd gənc nəsildə vətənpərvərlik ruhunu yüksəltmək, 44 günlük Vətən Müharibəsində qazanılan şanlı Zəfər Gününün tarixi əhəmiyyətini geniş təbliğ etmək, habelə iştirakçıların intellektual potensialını, məntiqi təfəkkürünü və komanda ilə işləmək bacarıqlarını üzə çıxararaq inkişaf etdirməkdən ibarət olmuşdur. Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən intellektual yarışda İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, ardından müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla dərin ehtiramla yad edilmişdir. Rəsmi hissədən sonra intellektual yarışmada 25 komanda tərkibində birləşən tələbələr öz biliklərini sınamışlar. Gənclərə işğaldan azad edilmiş ərazilərimizdə yerləşən tarixi-mədəni abidələr, zəngin milli-mədəni irsimiz, onun tarixi kökləri və bu irsin gələcək nəsillərə çatdırılmasında, eləcə də qorunmasında gənclərin üzərinə düşən mühüm vəzifələr mövzularında suallar ünvanlanmışdır. Yarışmanın yekununda münsiflər heyətinin qiymətləndirməsinə əsasən qalib komandalar müəyyən olunmuşdur. Belə ki, I yerə Azərbaycan , II yerə Xankəndi, III yerə isə Qızıl Hacılı komandası çıxmışdır.Tədbirin sonunda qalib komandalara sertifikatlar təqdim edilmişdir.

Spread the love