Son dövrlər bölgəmizdə – “Keşikçidağ” və “Avey” Dövlət Tarix-Mədəniyyət qoruqlarında elmi tədqiqatlar və arxeoloji qazıntılar geniş vüsət almışdır. Bununla əlaqədar olaraq elmi tədqiqatlarla maraqlanan, yerli və xarici mütəxəssislərdən ibarət bir qrup ziyalı tərəfindən mütəmadi olaraq tarixi abidələrə və elmi-arxeoloji qazıntılar aparılan ərazilərə turlar təşkil olunur. Belə turlardan biri 26-27 Avqust 2023-cü il tarixlərində Qazax-Ağstafa bölgəsinə təşkil olunmuşdur. Ağstafada olan tur çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisinə səyahət edən nümayəndələr qoruq ərazisində yerləşən mağaralar, kurqanlar və digər abidələrə səyahət etmişlər. Gələcəkdə qoruq ərazisində təşkil olunacaq “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay məktəbi-3” adlı layihə zamanı da bu cür turların təşkil olunması nəzərdə tutulur.