25 noyabr 2025-ci il tarixində Qazax "1 İnci Psixologiya və Nitq Mərkəzi"nin xüsusi qayğıya ehtiyacı olan uşaqları “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında qonaq olmuşlar.

25 noyabr 2025-ci il tarixində Qazax “1 İnci Psixologiya və Nitq Mərkəzi”nin xüsusi qayğıya ehtiyacı olan uşaqları “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında qonaq olmuşlar. Səfərin əsas məqsədi uşaqların regionun maddi-mədəni irsi ilə yaxından tanış olması, onların sosial inteqrasiya prosesinin dəstəklənməsi və biliklərinin əyləncəli şəkildə zənginləşdirilməsi olmuşdur.
Görüş çərçivəsində balaca qonaqlar ilk olaraq qoruğun inzibati binasında yaradılmış kiçik muzey tipli stendlə tanış edilmişlər. Burada Keşikçidağ Kurqanlar Vadisindən aşkarlanmış arxeoloji artefaktlar və qoruğun tarixini əks etdirən məlumatlandırıcı materiallar uşaqlara nümayiş olunmuş, onlara abidənin tarixi əhəmiyyəti haqqında izahlı məlumat verilmişdir.
Ekskursiyadan sonra mərkəzin uşaqları üçün xüsusi olaraq hazırlanmış əyləncəli proqram təşkil olunmuşdur. Tədbir zamanı onların yaş xüsusiyyətlərinə uyğun maraqlı sual-cavab oyunları keçirilmiş, uşaqlara hədiyyələr təqdim edilmişdir. Bununla yanaşı, psixoloji inkişaf və yaradıcılıq bacarıqlarının dəstəklənməsi məqsədilə rəngli kağızlarda boyama fəaliyyəti həyata keçirilmiş, uşaqların fərdi ifadə imkanlarını nümayiş etdirmələri üçün şərait yaradılmışdır.
Proqramın sonunda kiçik yaşlı qonaqlar üçün çay süfrəsi təşkil olunmuş, isti və mehriban mühitdə onlar həm istirahət etmiş, həm də gün ərzində əldə etdikləri təəssüratları bölüşmüşlər. Tədbirdə fəal iştiraklarına görə uşaqlar “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən sertifikatlarla mükafatlandırılmışdırBu görüş maarifləndirici və sosial-mədəni əhəmiyyət daşıyan tədbir kimi xüsusi qayğıya ehtiyacı olan uşaqların mədəni irsə çıxış imkanlarının artırılması, onların inteqrasiya və inkişaf prosesinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Spread the love