S.Məmmədov adına Poylu kənd tam orta məktəbinin “Ekologiya dərnəyi”nin şagirdləri “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında qonaq olmuşlar. Uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların tarixi dəyərlərə marağının artırılması məqsədilə təşkil olunmuş bu maarifləndirici ekskursiya çərçivəsində qonaqlar qoruğun inzibati binasında yaradılmış müasir muzey tipli stendlə yaxından tanış olmuşlar. Qoruq əməkdaşları tərəfindən maddi-mədəniyyət nümunələrinin tarixi, arxeoloji və mədəni əhəmiyyəti barədə geniş məlumat verilmişdir. Belə ekskursiyaların gənc nəslin tarixə və və mədəni irsə hörmət ruhunda formalaşmasına mühüm töhfə verdiyi xüsusi vurğulanmışdır.
