13-14 aprel 2026-cı il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, AMEA Arxeologiya və Antropologiya İnstitutu, Ağstafa rayon İcra Hakimiyyəti, “Avey” Dövlət tarix-mədəniyyət qoruğu və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, paleolitşünas, tarix üzrə fəlsəfə doktoru, dosent Mansur Mansurovun anadan olmasının 90 illik yubileyinə və 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Gəncə-Qazax bölgəsinin arxeoloji və antropoloji tədqiqininin aktual problemləri” adlı beynəlxalq elmi konfrans keçirilmişdir.

13-14 aprel 2026-cı il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, AMEA Arxeologiya və Antropologiya İnstitutu, Ağstafa rayon İcra Hakimiyyəti, “Avey” Dövlət tarix-mədəniyyət qoruğu və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, paleolitşünas, tarix üzrə fəlsəfə doktoru, dosent Mansur Mansurovun anadan olmasının 90 illik yubileyinə və 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Gəncə-Qazax bölgəsinin arxeoloji və antropoloji tədqiqininin aktual problemləri” adlı beynəlxalq elmi konfrans keçirilmişdir. Beynəlxalq elmi konfransın keçirilməsində əsas məqsəd bölgəmizin tarixi, mədəni irsini yaşatmaq, elmi və arxeoloji araşdırmalar işini gücləndirmək və görkəmli alim, tarix üzrə fəlsəfə doktoru, dosent Mansur Mansurovun elmi yaradıcılığının geniş ictimaiyyətə təqdim olunmasıdır. Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş beynəlxalq elmi konfransda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məsul şəxsi, AMEA Arxeologiya və Antropologiya İnstitutunun alimləri, Ağstafa rayon İcra Hakimiyyətinin məsul şəxsləri , “Gəncə” Dövlət Universiteti və Bakı Dövlət Universitetinin Qazax filialının müəllimləri, Bakı Dövlət Universiteti və ADA Universitetinin Qazax mərkəzinin magistrantları, “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və kollektivi, “Qədim Şəmkir Şəhəri”, “Gəncə”, “Orta əsr Ağsu şəhəri” Dövlət tarix-mədəniyyət qoruqlarının rəhbərliyi, ölkəmizin qərb bölgəsində o cümlədən qoruq ərazisində elmi tədqiqat və arxeoloji qazıntı işləri aparmış tədqiqatçılar, bölgəmizdə fəaliyyət göstərən abidə mühafizəçiləri iştirak etmişlər.
Beynəlxalq elmi konfrans qonaqların qoruq ərazisində aparılmış elmi tədqiqat və arxeoloji qazıntı işləri nəticəsində əldə olunmuş maddi-mədəniyyət nümunələri və qoruğa məxsus çap məhsullarından ibarət sərgi ilə tanışlığı ilə başlamışdır. Beynəlxalq elmi konfransın rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanmış, bundan sonra Ulu Öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Muzey və Qoruqlar şöbəsinin qoruqların idarəedilməsi sektorunun müdiri Mahir Qəhrəmanov tarixi abidələrin qorunması, öyrənilməsinin vacibliyindən, AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev (onlayn) paleolit dövrü tədqiqatlarının aktual istiqamətlərindən, AMEA Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Hidayət Cəfərov və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev Mansur Mansurovun Azərbaycan arxeologiyasında daş dövrü üzrə apardığı tədqiqatlardan və elmi irsindən bəhs etmişlər. Sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, daş dövrü üzrə mütəxəssis, tarix üzrə fəlsəfə doktoru, dosent Mansur Mansurovun çıxış edərək konfransın təşkilatçı və iştirakçılarına öz təşəkkürünü bildirmişdir. Konfrans çərçivəsində Mansur Mansurovun həyat və elmi yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilmişdir. Daha sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli, AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Zaur Həsənov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix-arxeologiya üzrə elmlər doktoru Yaqub Məmmədov,Würzburg Julius Maximilians Universitetinin Qədim Yaxın Şərq Tədqiqatları kafedrasının müdiri, professor Martin Gruber, Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov, AMEA.A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent İsmayıl Umudlu, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva, AMEA Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi, arxeoloq Lola Hüseynova, AMEA Arxeologiya və Antropologiya İnstitutu əməkdaşı, antropoloq Ülkər Allahverdiyeva, Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Cavid Bağırzadə, AMEA Arxeologiya və Antropologiya İnstitununun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vəfa Mahmudova, Gəncə Dövlət Universitetinin dosenti, filiologiya üzrə fəlsəfə doktoru Səba Namozova, Gəncə Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Elnur İmanov, müstəqil tədqiqatçı Faiq Nəsibov konfransın proqramına uyğun plenar iclasda öz məruzələri ilə çıxış etmişlər.
Beynəlxalq elmi konfransın ikinci hissəsi sessiyalar şəklində təşkil olumuş, konfransda üz-üzə və onlayn şəkildə çıxışlar davam etdirilmişdir. Üz-üzə sessiyalarda AMEA Arxeologiya və Antropologiya İnstitutunun alimləri, Bakı Dövlət Universitetinin magistrantları, Bakı Dövlət Universitetinin Qazax filialının müəllimləri, “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun elmi işçiləri, onlayn sessiyalarda isə yerli tədqiqatçılarla yanaşı Qazaxıstan Respublikasının Xan Ordalı Sarayşık Dövlət Tarix-Mədəniyyət Qoruğu və “Ejeli Taraz” Tarix-mədəniyyət Muzey Qoruğunun əməkdaşları çıxış etmişlər. Beynəlxalq elmi konfransa 70-dən çox məqalə və tezis qəbul olunmuş, bütün iştirakçılara sertifikatlar verilmişdir.

Spread the love