Qazaxıstan Respublikasının “Həzrəti Sultan” Muzey-Qoruğunun rəhbəri, cənab Nurlan Musagaliyeviç Dukenbayev tərəfindən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ünvanlanmış təbrik videosu beynəlxalq mədəni əməkdaşlıq və ortaq tarixi-mədəni irsin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Sözügedən təbrik Azərbaycan və Qazaxıstan arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə, türk dünyasının birliyinin və həmrəyliyinin təşviqinə mühüm töhfə verir.
