03 sentyabr 2025-ci il tarixində Bakı şəhərindən olan tur iştirakçıları “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna elmi-tanıtım xarakterli ekskursiya etmişlər.

03 sentyabr 2025-ci il tarixində Bakı şəhərindən olan tur iştirakçıları “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna elmi-tanıtım xarakterli ekskursiya etmişlər.
Ekskursiya zamanı qonaqlar qoruğun ərazisində yerləşən “İlham Əliyev adına zirvə”, bu istiqamətdə mövcud olan qədim mağaralar, onların divar və tavanlarında qorunub saxlanılmış freskalar, həmçinin su quyuları və ərzaq anbarları ilə yaxından tanış olmuşlar. Tur iştirakçıları, eyni zamanda, Keşikçidağ Kurqanlar Vadisində yerləşən kurqanlarda olmuş, qədim dövrlərin maddi-mədəni irsi haqqında geniş məlumat əldə etmişlər. Bu cür ekskursiyalar tariximizin, mədəni irsimizin və arxeoloji abidələrimizin həm elmi, həm də maarifləndirici istiqamətdə öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Spread the love