Şuşanın inciləri...

Gəncə qapısı və ya Çiləbörd qapısı — Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın şimal tərəfində yerləşir. Qalanın digər iki qapısı isə İrəvan və Ağoğlan qapılarıdır. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir. Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdılar. Əldə olan məlumata əsasən Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulmuşdu. Memarlıq-kompozisiya həlli baxımında Şuşa qalasının əsas – şimal qapısı zəfər tağını xatırladır. Pənahəli xanın hakimiyyəti dövründə inşa edilmiş qapı, artıq XVIII əsrdən etibarən Gəncə qapısı və ya Çiləbörd qapısı adlandırılırdı. Şuşa qalasının bu qapıdan çıxan yolu Gəncə şəhəri və Qarabağ xanlığının Çiləbörd mahalını birləşdirirdi.
Şuşa qalasının digər qapıları ilə müqayisədə Gəncə qapısı dövrümüzə daha yaxşı saxlanmış vəziyyətdə çatmışdır.
 

Spread the love