Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Zəlimxan kəndinin girişində yol kənarlarında ümumrayon tədbirləri çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir. RİH rəhbərliyi və əməkdaşlarının, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, məsul şəxslərin, könüllü gənclərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun kollektivi də iştirak etmişlər.







