Sərəncamda qeyd edilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğu olaraq həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası məqsədilə ağacəkmə aksiyası həyata keçirilmişdir. Qoruğa məxsus informasiya mərkəzinin ətrafında salınmış “Badam bağı”ında keçirilmiş aksiyada qoruq əməkdaşları tərəfindən ərazinin landşaftına uyğun 300-dən çox badam tingi əkilmişdir.