1918-ci ilin 31 Mart Soyqırımı Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. 31 Mart Soyqırımı Günü ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətində təşkil olunmuş tədbirdə "Keşikçidağ"Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və kollektivi də iştirak etmişdir.

1918-ci ilin 31 Mart Soyqırımı Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur.
31 Mart Soyqırımı Günü ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətində təşkil olunmuş tədbirdə “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və kollektivi də iştirak etmişdir. Tədbirdə qoruğun direktor müavini Lalə Yusifzadə “Soyqırıma məruz qalmış abidələrimiz” adlı məruzə ilə çıxış etmiş, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” ilə qoruğun birgə əməkdaşlığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Bununla yanaşı “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” adlı dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada ilk öncə soyqırım qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra qoruğun direktoru Musa Mursaquliyev çıxış edərək bildirmişdir ki, 31 Mart günü minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmiş, ictimai obyektlər o cümlədən tarixi abidələr məhv edilmişdir. Soyqırımı qurbanlarının xatirəsini hörmətlə yad edir, Allahdan rəhmət diləyirik.

Spread the love