Son illər "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerli və xarici mütəxəssislərin iştirakı ilə aparılan elmi tədqiqat və arxeoloji qazıntı işləri daha geniş vüsət almışdır. Bu da Keşikçidağ mağaralar kompleksinin ərazisinə, burada yerləşən tarixi, mədəni irsimizə marağı daha da gücləndirir.

Son illər “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerli və xarici mütəxəssislərin iştirakı ilə aparılan elmi tədqiqat və arxeoloji qazıntı işləri daha geniş vüsət almışdır. Bu da Keşikçidağ mağaralar kompleksinin ərazisinə, burada yerləşən tarixi, mədəni irsimizə marağı daha da gücləndirir.
Bununla yanaşı qoruğun yerləşdiyi Ceyrançöl ərazisi tarixən maldarlığın, tərəkəməçiliyin inkişaf etdirildiyi ərazi olmuşdur. Belə ki, Ceyrançöldə keçirilmiş “Keşikçidağda Novruz ənənələri”adlı tədbirdən sonra Ecotour Azərbaycan” qrupunun rəhbərliyi ilə bir qrup turist “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazində olmuşlar. Qonaqlar ilk öncə Ali Baş Komandan, cənab İlham Əliyevin burada olması şərəfinə ucaldılmış “İlham Əliyev adına zirvə” ilə tanış olmuş, önündə xatirə şəkli çəkdirmişlər. Daha sonra isə qoruq ərazisində mövcud olan təbii və süni mağaralar, mağaraların divar və tavanlarında əks olunmuş freskalar, su quyuları, ərzaq anbarları ilə tanışlıq olmuşdur. Qoruq əməkdaşları tərəfindən tur iştirakçılarına ətraflı məlumat verilmişdir. Sonda qonaqlar Novruz tonqalı qalayaraq ətrafında yallı getmişlər.

Spread the love