10 mart 2023-cü il tarixində Ağstafa rayon İcra Hakimiyyəti , Ağstafa rayon Gənclər və İdman İdarəsi, YAP Ağstafa rayon Təşkilatı, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu və “Qarayazı” Dövlət təbiət qoruğunun birgə təşkilatçılığı ilə Ağstafa rayon Muğanlı kəndininin ərazisində “Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş ağacəkmə kampaniyası” həyata keçirilmişdir. Aksiyada Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və aparatın məsul şəxsləri, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev və qoruğun əməkdaşları, YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, gənc könüllülər, Ağstafa rayon Gənclər və İdman idarəsinin, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin və Qarayazı Dövlət Təbiət Qoruğunun nümayəndələri iştirak etmişlər. Aksiyanın keçirilməsində əsas məqsəd Azərbaycan təbiətinin və ekologiyasının qorunmasında böyük işlər görmüş Ulu Öndər Heydər Əliyev irsini gənc nəslə çatdırmaq, , ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirməkdir. Ağacəkmə aksiyasında ərazinin landşaftına uyğun olaraq 500-dən çox tuqay meşələrinə aid ağac və kol növləri əkilmişdir.