Keşikçidağ beynəlxalq arenada

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi və Dövlət Xidməti tərəfindən təsdiq olunmuş 2023-cü ilin iş planına uyğun olaraq mütəmadi olaraq yerli və beynəlxalq konfranslarda davamlı olaraq elmi məruzələrlə iştirak edirlər. Belə beynəlxalq konfranslardan biri də Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu-İKSAD və Mingəçevir Dövlət Universiteti ilə birlikdə 23-25 Fevral 2023-cü il tarixlərində Mingəçevir şəhərində “Hodja Ahkmet Yassawi-7th International Scientific Research” adlı beynəlxalq konfrans olmuşdur. Konfransda qoruğun elmi işçiləri
“Ceyrançölün sığınacaq məskənləri” və “Böyük köç yolu” adlı məruzələrlə (slaydla) çıxış etmişlər. Məqalələrdə Keşikçidağ mağaralar kompleksinin yerləşdiyi ucsuz-bucaqsız Ceyrançöldən, vaxtilə bu torpaqlarda məskən salmış qədim türk tayfalarından, burada aşkarlanmış sığınacaq məskənlərindən bəhs olunmuşdur. Sonda konfrans iştirakçılarının sualları cavablandırılmış, qoruğun əməkdaşları sertifikatlarla təltif olunmuşdur.

Spread the love