08 oktyabr 2026-cı il tarixində Ağstafa Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Gənc diyarşünas” dərnəyinin şagirdləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında qonaq olmuşlar.

Görüş çərçivəsində şagirdlər ilk olaraq qoruq ərazisində yerləşən Keşikçidağ Kurqanlar Vadisində aparılmış elmi-arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin nümayiş olunduğu kiçik muzey tipli stendlə tanış olmuşlar. Daha sonra şagirdlərin iştirakı ilə dəyirmi masa keçirilmiş, qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələri, eləcə də Keşikçidağ Kurqanlar Vadisində həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji tədqiqatlar və Yay Məktəbi” layihəsi haqqında videomateriallar nümayiş etdirilmişdir. Qoruğun əməkdaşları tərəfindən şagirdlərə Keşikçidağın arxeoloji və mədəni irsi, aparılan tədqiqatların əhəmiyyəti və gənc nəslin milli-mədəni irsin öyrənilməsi və qorunmasında rolu barədə ətraflı məlumat verilmişdir. Tədbir gənclərin tarix və arxeologiyaya marağının artırılması, yerli mədəni irsin daha yaxından tanıdılması və biliklərinin zənginləşdirilməsi baxımından əhəmiyyətli olmuşdur.

Spread the love