Ağstafa Dövlət Rəsm Qalereyasının dərnək üzvləri Keşikçidağda tarixi irslə tanış olublar.

Ağstafa Dövlət Rəsm Qalereyasının dərnək üzvləri Keşikçidağda tarixi irslə tanış olublar.

Ağstafa Dövlət Rəsm Qalereyasının “Rəsm sənətini öyrənənlər” dərnəyinin şagirdləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında olublar.


Görüş çərçivəsində şagirdlər ilk olaraq Keşikçidağ Kurqanlar Vadisində yerləşən kurqanlarda aparılmış elmi tədqiqatlar və arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi-mədəniyyət nümunələrinin nümayiş olunduğu kiçik muzey tipli stendlə tanış olublar. Qoruq əməkdaşları tərəfindən onlara arxeoloji tapıntıların tarixi əhəmiyyəti, qədim dövrün maddi mədəniyyətinin öyrənilməsində rolu və tarixi irsin qorunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Daha sonra dəyirmi masa ətrafında davam edən görüşdə şagirdlər qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələri, eləcə də arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri haqqında hazırlanmış fotoşəkillər və videogörüntülərlə tanış olublar.Tədbirin əsas məqsədi gənc nəslin tarixi-mədəni irsə marağını artırmaq, onlarda milli-mənəvi dəyərlərə hörmət hissini gücləndirmək, həmçinin incəsənətə maraq göstərən şagirdlərin qədim tariximiz və arxeoloji irsimiz haqqında biliklərini genişləndirməkdir.

Spread the love