Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində AMEA Arxeologiya və Antropologiya İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilən “Keşikçidağda elmi-arxeoloji qazıntılar və Yay Məktəbi – 6” layihəsi çərçivəsində dəyirmi masa təşkil olunub.

Dəyirmi masada AMEA Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi, arxeoloq Lola Hüseynova iştirak edib. Görüş zamanı Keşikçidağ Kurqanlar Vadisində bu il və əvvəlki illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş bütöv, fraqmentləşmiş və bərpa olunmuş keramika nümunələrinin tipoloji xüsusiyyətləri, forma və hazırlanma texnologiyası, xronoloji mənsubiyyəti və tarixi-mədəni konteksti müzakirə olunub. Eyni zamanda, nümunələrin tərkib və digər xüsusiyyətlərinin müəyyənləşdirilməsi məqsədilə analizlər üçün material götürülməsi, əldə ediləcək nəticələrin keramika məmulatlarının elmi cəhətdən daha ətraflı öyrənilməsində rolu diqqətə çatdırılıb. Lola Hüseynova keramika məmulatlarının arxeoloji tədqiqatlarda mühüm elmi mənbə olduğunu vurğulayaraq, onların müqayisəli-tipoloji təhlilinin qədim əhalinin məişət xüsusiyyətlərinin, istehsal ənənələrinin və mədəni əlaqələrinin öyrənilməsində əhəmiyyətini qeyd edib. Həmçinin keramika nümunələrinin elmi təsnifatı, analoji arxeoloji materiallarla müqayisəsi və analiz nəticələrinin nəzərə alınması ilə onların tarixi-mədəni xüsusiyyətlərinin dəqiqləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Spread the love